ABŞ-ın vitse-prezidenti Cey Di Vens Cenevrədə keçirilən ABŞ–İran danışıqlarının “bəzi baxımdan yaxşı keçdiyini”, lakin İranın ABŞ tərəfindən müəyyən edilmiş qırmızı xətləri qəbul etməsi üçün, hərbi variantlar da daxil olmaqla, səylərin davam etdiriləcəyini bildirib. Vens ABŞ-ın “Fox News” televiziya kanalına Cenevrədə aparılan İran danışıqları ilə bağlı açıqlama verib. Prezident Donald Trampın İranla danışıqlar məsələsində “bir çox seçiminin” olduğunu bildirib.
#ABŞ–İran münasibətləri
Danışıqlar real yanaşma əsasında və həddindən artıq tələblərdən uzaq şəkildə aparılarsa, müsbət istiqamətdə irəliləyə bilər. Bu barədə Şəmxani “Al Jazeera” telekanalına açıqlamasında qeyd edib. İran Müdafiə Şurasının katibi və İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şəmxani Omanda keçirilən İran-ABŞ danışıqlarına münasibət bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İranın raket proqramı ilə bağlı açıqlamalarına sərt reaksiya verib. İran dövlət televiziyasının məlumatına görə, Əraqçi İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranda keçirilən yürüşdə ABŞ-la danışıqlara dair açıqlama verib. Nazir bildirib ki, heç kim İranın raket proqramına müdaxilə edə bilməz. “Raketlərimiz müzakirə mövzusu deyil və olmayacaq”, – deyə o vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a indiyədək ən sərt və birbaşa xəbərdarlıqlardan birini edib. O bildirib ki, İslam Respublikası yenidən hücuma məruz qalacağı təqdirdə “əlində olan hər şeylə” cavab verəcək. Əraqçinin bu açıqlamaları ABŞ-ın aviadaşıyıcı qrupunun Asiyadan Yaxın Şərqə doğru hərəkət etdiyi, eləcə də Karib dənizi bölgəsində Nikolas Maduronun həbsi ilə nəticələnən genişmiqyaslı hərbi fəaliyyətdən sonra əlavə qırıcı və hərbi texnikanın bölgəyə yönəldildiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, Əraqçinin Davos Dünya İqtisadi Forumuna dəvəti ölkə daxilində nümayişçilərin sıxışdırılması ilə bağlı tənqidlər fonunda geri alınmışdı.
ABŞ Prezidenti Donald Tramp İranla hər hansı formada ticarət əlaqələri quran bütün ölkələrin ABŞ-la ticarətində 25 faiz dərəcəsində gömrük rüsumu ilə üzləşəcəyini bildirib. Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O bildirib ki, İran İslam Respublikası ilə iş görən istənilən ölkə dərhal qüvvəyə minmək şərtilə ABŞ-la apardığı bütün ticarət əməliyyatlarına görə 25 faiz rüsum ödəyəcək. Bu qərarın qəti olduğunu vurğulayan Tramp rüsumun tətbiqi üçün hansı hüquqi mexanizmdən istifadə ediləcəyi barədə əlavə təfərrüat verməyib.
ABŞ Prezidenti Donald Trampa etiraz aksiyalarının davam etdiyi İrana qarşı ənənəvi hava hücumları ilə yanaşı, kiber və psixoloji əməliyyat variantlarını ehtiva edən geniş hesabat təqdim edilib. CBS News kanalına danışan ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Prezident Trampın İrana qarşı istifadə edilə biləcək hərbi və gizli vasitələr barədə ətraflı məlumatlandırıldığını bildiriblər. Məlumata görə, mümkün hərbi müdaxilə zamanı hava qüvvələri və uzaqmənzilli raketlər əsas rolunu qoruyub saxlasa da, kiber əməliyyatlar və psixoloji fəaliyyətlər də masadakı variantlar arasındadır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda getdikcə artan iğtişaşlara cavab olaraq bir sıra tədbirləri, o cümlədən mümkün hərbi variantları nəzərdən keçirir. Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında, İranın əvvəllər elan etdiyi “qırmızı xətti” – yəni etirazçıların öldürülməsi həddini keçib-keçmədiyi ilə bağlı suala cavab olaraq deyib
İranın ali rəhbəri Ayətullah Əli Xamenei ölkədə davam edən etiraz aksiyalarına münasibət bildirərək ABŞ Prezidenti Donald Trampın açıqlamalarını sərt şəkildə tənqid edib. 86 yaşlı İran lideri çıxışında bildirib ki, Vaşinqton Tehran üzərində təzyiq dili ilə danışmamalıdır və ABŞ rəhbərliyi əvvəlcə öz daxili problemlərinə fokuslanmalıdır.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir. Bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb. Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.