#İran və Hizbullah Tramp–Netanyahu görüşünün əsas mövzuları olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi ABŞ-də Prezident Donald Tramp ilə görüşəcək. İsrailli rəsminin AFP-yə verdiyi məlumata görə, görüş Florida ştatında baş tutacaq və regional təhlükəsizlik məsələləri ilə yanaşı Qəzza zolağında atəşkəs prosesinin növbəti mərhələləri müzakirə olunacaq. Bu səfər Netanyahunun cari il ərzində Tramp ilə ABŞ-də keçirəcəyi beşinci görüş olacaq. Səfər, ABŞ administrasiyası və regional vasitəçilərin İsrail ilə HƏMAS arasında Qəzza üzrə əldə olunmuş kövrək atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi təşviq etdiyi bir vaxta təsadüf edir.