“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Sikkədə memarın və onun davamçılarının ərsəyə gətirdiyi tarixi tikililər təsvir olunub.
#AzerGold QSC
“AzerGold” QSC ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və İnstitutun baş direktoru, akademik Akif Əlizadə imzalayıblar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlının Mentorluq Proqramı çərçivəsində “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) ilə tanışlıq səfəri təşkil edilib. Eyni zamanda. Aslan Həsənli və Rüfət Məmmədxanlı “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ÇİRES-də keçirilən əməliyyat iclasına da qatılıblar. İclas zamanı iştirakçılar şirkətin fəaliyyət göstərdiyi regionlarda həyata keçirdiyi layihələr, mövcud daxili nəzarət sistemləri, eləcə də istehsalat sahələrində effektiv iş mexanizmlərinin qurulması ilə bağlı məsələlər üzrə məlumat əldə ediblər.
"AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib.