26 dekabr 2004-cü il müasir tarixdə ən ağır təbii fəlakətlərdən biri kimi qeydə alınıb. Həmin gün İndoneziyanın Sumatra adası sahillərində baş verən güclü zəlzələ Hind okeanı hövzəsində genişmiqyaslı sunamiyə səbəb olub və bir neçə ölkəni əhatə edən ciddi humanitar böhran yaradıb. Zəlzələ yerli vaxtla saat 07:58-də, Sumatra adasından təxminən 260 kilometr qərbdə, okean dibi boyunca baş verib. Yeraltı təkanların gücü 9,3 bal olaraq ölçülüb və bu göstərici onu tarixdə qeydə alınmış ikinci ən güclü zəlzələ kimi xarakterizə edir. Təxminən 10 dəqiqə davam edən zəlzələ nəticəsində 750 kilometrlik sualtı fay xəttində ciddi yerdəyişmə baş verib və okean sularının kütləvi şəkildə yer dəyişməsi müşahidə olunub.