#Daşqınlardan zərər çəkən Kərkük sakinlərinə Türkiyədən ərzaq yardımı

Türkiyə Qızıl Aypara Cəmiyyəti İraqın Kərkük şəhərində baş verən daşqınlardan zərər çəkmiş ailələrə ərzaq yardımı çatdırıb. Humanitar yardım çərçivəsində Kərkük şəhəri və ətraf yaşayış məntəqələrində yaşayan sakinlərə ümumilikdə 500 ədəd ərzaq qutusu paylanılıb. Yardımlar daşqından ən çox zərər görmüş Kərkükə bitişik Yəhyava bölgəsində, eləcə də Yarımdca, Zindana, Kübətli və Bəşir kəndlərində həyata keçirilib.