Emmanuel Makron Cənubi Koreyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib ki, İranın nüvə proqramı ilə bağlı problem hərbi yolla həll edilə bilməz.Makron həmçinin Hörmüz boğazı ilə bağlı mümkün hərbi əməliyyat planlarına da münasibət bildirib. O, bu cür təşəbbüsləri “realist olmayan” kimi qiymətləndirərək qeyd edib ki, belə bir əməliyyat həm uzun zaman tələb edər, həm də ciddi təhlükələrlə müşayiət olunar.
#Cənubi Koreya
Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy raket zərbələrinin nəticələrinin aradan qaldırılmasının 5 ilə qədər davam edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyət şirkəti Çin, Cənubi Koreya, İtaliya və Belçikaya mayeləşdirilmiş təbii qaz (LNG) üzrə uzunmüddətli tədarüklərdə fors-major elan etməyə məcbur edə bilər.
Cənubi Koreya hökuməti beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məqsədilə bölgəyə hərbi gəmilər yerləşdirmək planını ciddi şəkildə nəzərdən keçirir.
Şimali Koreyanın ard-arda həyata keçirdiyi raket sınaqları regionda gərginliyi yenidən artırıb. Cənubi Koreya və Yaponiya rəsmiləri Pxenyanın Yaponiya dənizi (Şərq dənizi) istiqamətinə çox sayda ballistik raket fırlatdığını elan ediblər. Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə, Pxenyan yaxınlığındakı Sunan bölgəsindən təxminən 10 ədəd ballistik raket buraxılıb. Seul rəhbərliyi növbəti raket sınaqları ehtimalına qarşı ordunun tam hazır vəziyyətə gətirildiyini və hadisə ilə bağlı təfərrüatların ABŞ və Yaponiya tərəfi ilə paylaşıldığını bildirib.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Cənubi Koreya arasındakı ikitərəfli ticarət həcminin 2025-ci il etibarilə 11 milyard dollara çatdığını açıqlayıb. Türkiyə-Cənubi Koreya İqtisadi və Texniki Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclasında çıxış edən nazir iki ölkə arasındakı münasibətlərin sadəcə iqtisadi deyil, həm də Koreya Müharibəsindən gələn tarixi qardaşlıq bağlarına dayandığını vurğulayıb. O bildirib ki, gələn il diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümü qeyd olunacaq və bu, tərəfdaşlığın daha yüksək mərhələyə daşınması üçün mühüm məsuliyyət yaradır.
Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol hərbi vəziyyət elan etməsi ilə bağlı iş üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Prokurorluq sabiq dövlət başçısı üçün ölüm cəzası tələb etsə də, məhkəmə ömürlük həbs qərarı verib. Yun Sok Yol 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etdiyinə görə impiçment proseduru nəticəsində vəzifəsindən kənarlaşdırılmışdı.
Şimali Koreya yanvarın 4-ü səhər saatlarında ilin ilk raket sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib. Bu barədə “Yonhap” agentliyin məlumat yayıb.
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib. Səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub və bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir. Səfər yanvarın 7-dək davam edəcək və Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çin maliyyə mərkəzi Şanxaya da baş çəkəcək.
Cənubi Koreyada Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası ölkənin təyyarə hücumlarına qarşı dayanıqlı şəkildə dizayn edilmiş ilk nüvə reaktorunu olan Saeul-3-ün işləməsinə icazə verib. Ulsan şəhərində yerləşən Saeul Nüvə Enerjisi Stansiyası sahəsindəki yerli istehsal olan Saeul-3 reaktoruyla əlaqədar toplantı keçirilib. Cənubi Koreya Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyasının sədri Choi Won-ho, toplantıdan sonra etdiyi açıqlamada, reaktorun işləməsinə icazə verildiyini bildirib.
Cənubi Koreyada keçmiş Prezident Yoon Suk-Yeol-ə dekabr 2024-cü il fövqəladə vəziyyət elanına görə keçirilən məhkəmə prosesində 10 il həbs cəzası tələb olunub. Xüsusi səlahiyyətli prokuror Cho Eun-suk-in rəhbərlik etdiyi istintaq qrupu, Seul Mərkəzi Rayon Məhkəməsində keçirilən qərar iclasında sabiq prezident üçün həbs tələb edib. Prokurorlar Yoon-un “qanun və ictimai qaydanı ciddi şəkildə pozduğunu və ona səs verən xalqda böyük etibar itkisinə səbəb olduğunu” bildiriblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.