#Azərbaycan XİN

Ukraynanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir", - paylaşımda qeyd olunub.

12 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq. "Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan problemli məsələləri ikitərəfli qaydada həll etmək öhdəliyi götürüblər. Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq hüquqi iddialardan imtina edirlər. "Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq “separatizm” anlayışına aydınlıq gətirir. "Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət ediblər. "Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar", - sənəddə deyilir.