22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
#Azərbaycan XİN
Xarici İşlər Nazirliyi 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur. 2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.
Azərbaycan Respublikası "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib. Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.
18 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb. Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətlərin gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeyd edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi Meksikanı və onun xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. AzerVoice-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Meksika və onun xalqının Müstəqillik Günü mübarək! ¡Feliz Día de la Independencia!", - deyə paylaşımda bildirilib.
Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun növbəti iclası Türkmənistanın Aşqabad şəhərində keçirildi.Görüşdə Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətləri iştirak etdilər. Müzakirələr zamanı ölkəmizi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Samir Şərifov təmsil etdi.
15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxış edib. Çıxışda Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib.
Cari ilin 11-12 sentyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edib. Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Milli Günü münasibətilə təbrik edib. AzerVoice xəbər verir ki, Nazirlik bu barədə öz "X" hesabında bildirib. "Şimali Makedoniya hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edirik!", - deyə paylaşımda qeyd olunub.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq".