#Moskva Karib böhranı ilə bağlı Karakası dəstəklədiyini bildirib

ABŞ Cənub Komandanlığı (SOUTHCOM), Karib dənizində narkotik daşıdığı iddia edilən qayığın vurulduğunu və nəticədə 3 nəfərin öldüyünü açıqlayıb. SOUTHCOM-un sosial media platforması vasitəsilə yaydığı rəsmi bəyanatda bildirilir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən hədəfə qarşı zərbə endirilib. Komandanlıq, kəşfiyyat məlumatlarının həmin gəminin birbaşa narkotik ticarəti fəaliyyətlərində iştirak etdiyini təsdiqlədiyini müdafiə edib və hücum anının görüntülərini paylaşıb.