İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ilə bağlı hökumətinin razılıq verdiyi barədə məlumatları təkzib edib. Netanyahunun ofisindən verilən açıqlamada İsrail siyasi rəhbərliyinin beynəlxalq qüvvələrin Qəzza zolağına daxil olmasına razılıq vermədiyi bildirilib. Sözügedən plan ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının iyulun 31-də açıqladığı yol xəritəsində yer alıb. Plana əsasən, Qəzzanın idarəçiliyinin beynəlxalq nəzarət altında milli komitəyə verilməsi, ABŞ generalının rəhbərliyi ilə beynəlxalq sabitləşdirmə qüvvələrinin bölgəyə yerləşdirilməsi, İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi və yenidənqurma işlərinə başlanması nəzərdə tutulur.
#Qəzzada yenidənqurma
İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, Qəzza və Fələstində gələcək bərpa və ya keçid mərhələsində iştirak etmək üçün İtaliya tərəfindən hərbi kontingentin cəlb olunması ilə bağlı müraciətlər daxil olur. A.Tayani bu barədə Cibutidə yerləşən İtaliya Hərbi Dəstək Bazasında və “Antonio Marçelya” freqatında italiyalı hərbçilərlə görüşü zamanı açıqlama verib.