Şimali İraqdakı Xor Mor qaz yatağında hasilat təhlükəsizlik səbəbindən dayandırılıb. Dana Gas şirkəti qərarı bölgədə artan gərginlik və təhlükəsizlik riskləri ilə əlaqələndirib. Hasilatın dayandırılması İraq Kürdüstanında elektrik enerjisi istehsal gücünü təxminən 2 500 meqavat azaldıb. Xor Mor yatağı bölgənin əsas təbii qaz mənbəyi hesab olunur. Eyni vaxtda Ərbil şəhərinə ən azı beş pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir. Hədəflər arasında hava limanı və ABŞ Baş Konsulluğu da yer alıb. Hadisələrin nəticələri ilə bağlı rəsmi məlumat verilməyib. Bölgədə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
#Şimali İraq
İraq Xarici İşlər Nazirliyi bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaeyinin Bağdaddakı seçki prosesi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Rəsmi Bağdad bəyanatı “təəccüblə və narazılıqla” qarşıladığını bildirib.
İraqda son həftələrdə müşahidə olunan sakitlik, hökumətlə İrana bağlı silahlı qruplar arasında qeyri-rəsmi razılaşmaya əsaslanır.
Son illərdə İraq təkcə narkotiklərin keçid ölkəsi deyil, eyni zamanda metamfetamin və Captagon kimi sintetik maddələrin əsas istehlakçısına çevrilməkdədir.
Müqtəda əs-Sədr korrupsiyaya etiraz olaraq 2025-ci il İraq parlament seçkilərini boykot etdiyini açıqlayıb və siyasi səhnədən müvəqqəti çəkildiyini bəyan edib.
Məqalə, İranın İraqdakı təsirinin azalması və sünni bölgəsinin yaradılmasının İraqın siyasi, təhlükəsizlik və regional balanslarına gətirə biləcəyi potensial təsirləri araşdırır.