#Donald Tramp

İndiyədək İranın Suriyada olduğu kimi İraqı tam itirdiyinə dair heç bir sübut yoxdur, lakin Tehran Baqdadda amerikalılar qarşısında uduzmağa başlayıb. Onun yerli müttəfiqləri isə artıq bu günlərin “dünyanın iki ən təhlükəli adamı - Donald Tramp və Benyamin Netanyahuyla sülh içində yaşamağa” alışırlar,- eyə keçmiş iraqlı nazir bildirir.

ABŞ-ın prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd C-17 “Globemaster III” tipli hərbi nəqliyyat təyyarəsi İsrailə doğru yola düşüb. Bu barədə məlumatı İsrailin 12-ci kanalı yayıb. Bildirilib ki, təyyarələrin göndərilməsi Trampın səfərinə hazırlıq məqsədi daşıyır. C-17 tipli təyyarələr əsasən strateji və taktiki daşımalar, hərbi personal və texnikanın beynəlxalq miqyasda nəqli üçün istifadə olunur.

ABŞ prezidenti Donald Tramp planlı tibbi müayinədən keçib və həkiminin sözlərinə görə, ümumi sağlamlıq vəziyyəti “əladır”. Tramp, Vaşinqton yaxınlığındakı “Valter Rid” Hərbi Tibb Mərkəzində illik tibbi müayinədən keçib. Ağ Ev tərəfindən yayılan məktubda Trampın həkimi Şon Barbabell bildirib ki, “prezident Tramp əla ümumi sağlamlıq göstəricilərini qorumaqda davam edir”.

ABŞ-ın prezidenti Donald Tramp, İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının pozulmasına icazə verməyəcəyini vəd edib. Adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yayımlanan xəbərdə, İsrailin mart ayında əldə olunan əvvəlki atəşkəs razılaşmasını pozduğu xatırladılıb. Bu səbəbdən Həmas tərəfi yenidən oxşar nəticənin ortaya çıxacağından narahat olduğunu bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə prosesin ilk günündən etibarən bölgədə sülhün təmin olunmasına ən böyük töhfəni verən ölkələrdən biridir. Ərdoğan, ABŞ Prezidenti ilə Nyu-York və Vaşinqtonda keçirilən məhsuldar görüşlərdən, HƏMAS-la aparılan əhatəli danışıqlardan və Qətər, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilən təmaslardan danışıb.

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “sülh planı”nın birinci mərhələsi üzrə HƏMAS və İsrailin razılığa gəlməsi bölgədə ümid və ehtiyatlı gözləntilərin qarışıq atmosferini yaradıb. İki ildən çox davam edən münaqişənin bitməsinə dair optimizm artsa da, müşahidəçilər ehtiyatla bildirirlər ki, bu, yeni bir “yarımçıq razılaşma” dövrünün başlanğıcı da ola bilər.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada əldə olunmuş və tezliklə qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının bölgə xalqları üçün "ədalət və sabitlik dolu bir gələcək ümidi qapısını araladığını" bildirib. Sisi yazılı açıqlamasında Şarm əl-Şeyxdə razılaşmaya gəlindiyini xatırladaraq, dünyanın bu anla “sülh iradəsinin zəfərini təcəssüm etdirən tarixi bir hadisəyə” şahidlik etdiyini qeyd edib.

Ərdoğanın açıqlamaları, Türkiyə hökumətinin nümayəndə heyətinin Misirin Şarm əş-Şeyx şəhərinə - İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda iştirak etmək üçün yola düşməsindən sonra gəlib. Ankara ilə HƏMAS arasında uzunmüddətli siyasi əlaqələr mövcuddur və Tramp bu əlaqələrdən yararlanmağa çalışır. Buna qarşılıq olaraq, Türkiyə bu vasitəçilikdən müəyyən siyasi və diplomatik qazanc əldə etməyi hədəfləyir. Analitiklərə görə, Ankara bu missiya vasitəsilə müharibədən sonrakı Qəzzədə söz sahibi olmaq, yenidənqurma və təhlükəsizlik mexanizmlərində iştirak etmək niyyətindədir.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi cümə axşamı bəyan edib ki, Qəzzada girovların azad edilməsini nəzərdə tutan razılaşma yalnız hökumət tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. “Bəzi ərəb mediasında yayılan məlumatların əksinə olaraq, 72 saatlıq gerisayım yalnız Nazirlər Kabinetinin razılaşmanı təsdiqlədiyi iclasdan sonra başlayacaq. Bu iclasın axşam saatlarında keçirilməsi gözlənilir.”-deyə bəyanatda qeyd olunur.