#Ərzurum

Türkiyənin daxili işlər naziri vəzifəsinə yeni təyin olunan Mustafa Çiftçi, bu mühüm missiyaya başlaması ilə bağlı ilk rəsmi açıqlamasını verib. O, üzərinə götürdüyü məsuliyyətin böyüklüyünü vurğulayaraq: “Çox ağır bir vəzifədir, dua gözləyirəm” – deyə bildirib. O bildirib ki, iki il yarımlıq fəaliyyəti başa çatıb və Ərzurumdan “vəzifəsini yerinə yetirməyin verdiyi mənəvi rahatlıqla” ayrılır.

Türkiyənin milli jet təyyarəsi HÜRJET, Ərzurumda sıfırın altında 21 dərəcəyə qədər düşən dondurucu soyuq və ağır qış şəraitində keçirilən yer və yüksək irtifa performans testi fəaliyyətlərini uğurla tamamlayıb. Türkiyə Müdafiə Sənayesi Başçılığı koordinasiyasında Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET-in iki prototipi testlər üçün Ərzuruma yönəldilmişdi.

Türkiyənin Ərzurum vilayətində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ərzurum vilayətində yerli vaxtla saat 11:29da (Bakı vaxtı ilə saat 12:29-da) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Ərzurum Su Kanal İdarəsi, 1,2 milyon litr dizel yanacağı, 25 min litr 95 oktan benzin və 25 min litr dizel mühərrikləri üçün qatqı məhlulunun satın alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra 12 ay ərzində hissə-hissə təhvil alınacaq.