Sudanın xarici işlər naziri Əli Yusuf, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Sudan xalqına və hökumətinə qarşı "səxavətli və müsbət mövqe" nümayiş etdirdiyini bildirib.
#Sudan
O, Sudanda sülh və sabitliyin təmin edilməsi, ərazi bütövlüyü və suverenliyin qorunmasının, ölkənin xarici müdaxilələr zonasına çevrilməsinin qarşısının alınmasının vacibliyini bildirib.
Dünya Müsəlman Alimlər Birliyi İsrailin hücumları nəticəsində böyük dağıntılara məruz qalmış Qəzzanın yenidən qurulmasına, Livan xalqına və Sudandakı qanuni hökumətə dəstək verilməsi üçün çağırış edib.
Sudan Silahlı Qüvvələri, Sudanın qərbindəki Şimali Darfur əyalətinin paytaxtı El Faşer şəhərində baş verən döyüşdə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin 150 döyüşçünün öldürüldüyünü bildirib.
Sudanda müharibədə qurbanlarının sayı qeydə alınandan qat-qat çoxdur, bu haqda Britaniya və Sudandakı tədqiqatçılar tərəfindən dərc edilmiş yeni hesabatda deyilir.
Üzvləri Şərqi Sudanın qədim Beja qəbiləsinə mənsub olan gənclik hərəkatı orduya müttəfiq silahlı hərəkatların bölgədən qovulmasını tələb edib və paytaxtı Port Sudan olan şərq bölgəsini inzibati qərargah olaraq bağlamağa söz verib.
AzerVoice xəbər verir ki, Sudan Həkimlər Mərkəzi Komitəsi (CCSD) ölkədə sağlamlıq böhranının getdikcə dərinləşməsi nəticəsində əl-Hilaliyah şəhəri və Əl-Qədarif əyalətinin ətraf bölgələrində ən azı 73 nəfərin həyatını itirdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı hökuməti çərşənbə axşamı Sudanda döyüşən tərəfləri atəşkəsə nail olmağa, münaqişəyə son qoymağa və ehtiyacı olanlara humanitar yardımın çatdırılmasını asanlaşdırmağa çağırıb.
Sudan ordusunun lideri Əbdülfəttah əl-Burhan, yarımhərbi birləşmələrlə müharibədə, xarici işlər və media nazirləri də daxil olmaqla, dörd naziri əvəz edən kabinet dəyişikliyini elan edib.
Sudanda 14 milyondan çox insan öz evlərini tərk edib,
Sudanın qərbində yük təyyarəsi vurulub.
Müharibənin davam etdiyi Sudan'da milyonlarla insan kolera kimi ölümcül xəstəliklərlə mübarizə aparır.