Müdafiə Nazirliyindən məlumat verilib
#Türkiyə Silahlı Qüvvələri
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib. Açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Ukraynaya türk əsgərinin göndəriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Açıqlama, Nazirlikdə keçirilən həftəlik mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən səsləndirilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, harada barış və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türk Silahlı Qüvvələrinin xatırlanması TSQ-nin imkan və qabiliyyətlərinin, eləcə də yüksək deterrent gücünün göstəricisidir.
Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.
Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan “C130” tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçinin nəşləri Türkiyəyə gətirilib. Türk Silahlı Qüvvələrinə məxsus “A400M” tipli hərbi yük təyyarəsi bu axşam Ankaradakı Mürted Hava Meydan Komandanlığına enib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi ilə bağlı aparılan istintaq və xilasetmə işləri, eləcə də hadisə ilə əlaqədar son inkişaflar müzakirə olunub.
Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib. Gürcüstan rəsmiləri qəzaya uğrayan təyyarənin qalıqlarının Azərbaycanla sərhəddə yerləşən Sığnaği bölgəsində aşkar olunduğunu açıqlayıb. Hadisə yerindən toplanan məlumatlara əsasən, təyyarəyə aid “qara qutu” tapılaraq Türkiyəyə gətirilib və araşdırmalara başlanılıb.
Azərbaycan-Gürcüstan sərhədində baş vermiş təyyarə qəzası ilə bağlı axtarış-xilas və qəza araşdırma işlərinin davam etdiyini Burhanettin Duran bildirib. O qeyd edib ki, şəhid olan hərbçilərin cəsədləri, axtarış-xilas və qəza araşdırma heyətini Gürcüstana aparan A-400M təyyarəsi ilə ölkəyə gətiriləcək. Duran bildirib ki, ilk andan etibarən bütün imkanlarını səfərbər edərək sürətli reaksiyalar göstərən və dəstək verən Gürcüstan hakimiyyətinə təşəkkür edirlər.
Gürcüstanın daxili işlər naziri Geka Geladze ölkəsinin ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi yük təyyarəsi ilə bağlı beynəlxalq istintaq qrupu yaradıldığını və bu qrupda Türkiyə rəsmilərinin də yer aldığını bildirib. Nazir Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsi ilə bağlı jurnalistlərə açıqlama verərək, hadisədən dərin üzüntü duyduğunu və həlak olan türk hərbçilərin ailələrinə başsağlığı verib. O, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini də qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə baş sağlığı verib.