#Türkmənistan

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkəyə səfər edən Türkiyə Respublikasının ticarət naziri Ömər Bolatı qəbul edib. Ömər Bolat Türkmənistanın daimi neytrallıq statusunun regionda sülhün möhkəmləndirilməsində mühüm əhəmiyyətini qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında paytaxtda Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirakının iki ölkə arasında siyasi-diplomatik münasibətlərin yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini bildirib.

Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə Respublikasının ixrac məhsullarının 12-ci ixtisaslaşmış sərgisinin rəsmi açılış mərasimi keçirilib.Açılış mərasimində Türkiyənin ticarət naziri Ömər Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 10–12 fevral tarixlərini əhatə edən üçgünlük sərgi istehsalçılar, investorlar və dövlət qurumları arasında əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərlə Herat vilayətində görüş keçirib. Görüşdə Əfqanıstanın mədən və neft naziri Molla Hidayətullah Bədri, energetika və su ehtiyatları naziri Hacı Molla Məhəmməd Yunus Axundzadə, eləcə də hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.

Türkmənistan ilə Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq sürətlə genişlənir və tərəflər qarşıdakı illərdə qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Diplomat qeyd edib ki, mövcud potensial nəzərə alınmaqla, yaxın gələcəkdə Türkmənistan ilə Türkiyə arasında ticarət həcmini 5 milyard ABŞ dollarına yüksəltmək mümkündür. Bu məqsədlə hər il Türkmənistanda təşkil olunan Türkiyə ixrac məhsullarının 12-ci sərgisinin 10-12 fevral tarixlərində Aşqabadda keçirilməsi planlaşdırılır.

Türkiyənin ticarət naziri Ömər Bolat 2026-cı ilin fevralında Türkmənistana səfər edəcək. Tədbirin açılış mərasiminə Ömər Bolatın rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin qatılması gözlənilir. Sərgi Türkiyədən təxminən 100 şirkət və assosiasiyanı bir araya gətirəcək və türk məhsullarının Türkmənistan bazarında tanıdılması, yeni işgüzar əlaqələrin qurulması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyacaq

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Türkmənistana dəri məhsulları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 4 milyon 412 min 83 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Türkmənistana dəri məhsulları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq, 350 min 45 dollara çatdırıb.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Türkmənistana hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 20 milyon 899 min 71 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Türkmənistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz artaraq, 1 milyon 687 min 16 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.

Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində iqlim dəyişikliyi sahəsində yeni beynəlxalq təşəbbüs irəli sürülüb. İclasda Türkmənistanın 2025-ci ildə SPECA-ya sədrliyi dövründə görülən işlərin yekunları nəzərdən keçirilib, proqramın fəaliyyətinin gələcək mərhələdə daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Türkmənistana sement ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artaraq, 22 milyon 670 min 74 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52 faiz azalaraq, 1 milyon 204 min dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 4 milyard 499 milyon 901 min dollara bərabər olub.

SPECA İqtisadi Forumunda Azərbaycanın regional əməkdaşlığın inkişafına verdiyi töhfə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz artaraq, 213 milyon 507 min 85 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,9 faiz artaraq, 27 milyon 526 min 46 dollara çatdırıb.