Yanvarın 29-da Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi məsələsini müzakirə edəcəklər. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani bildirib ki, Aİ bu addımı İranda son zamanlar baş verən etirazlar zamanı mülki şəxslərə qarşı zorakılığa görə məsuliyyət daşıyan şəxslərə fərdi sanksiyaların tətbiqi ilə paralel həyata keçirəcək.
#AB
Qrenlandiya hökuməti ABŞ Prezidenti Donald Trampın açıqlamalarına cavab olaraq bəyanat yayıb və Birləşmiş Ştatların adanı istənilən formada nəzarətə götürmək niyyətini qəti şəkildə qəbul etmədiyini bildirib. Bəyanatda vurğulanır ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir və NATO-da məhz Danimarka birliyinin elementi kimi təmsil olunur. Ada rəhbərliyi qeyd edib ki, Qrenlandiyanın müdafiəsi yalnız NATO çərçivəsində həyata keçirilə bilər və bu məsələ üzrə bütün alyans ölkələrinin, o cümlədən ABŞ-ın ortaq maraqları mövcuddur.
Avropa İttifaqına üzv ölkələrin səfirləri Aİ ilə Cənubi Amerikanın Mercosur bloku arasında azad ticarət sazişinə ilkin razılıq verib. Bununla da, 25 il davam edən danışıqlardan sonra tariflərin ləğvi baxımından Aİ tarixinin ən iri ticarət razılaşmasının imzalanmasına yol açılıb.
Avropa İttifaqının rəsmi şəxsləri və diplomatları ABŞ prezidenti Donald Tramp administrasiyasının Qrenlandiyaya nəzarət cəhdlərinə qarşı mümkün cavab addımlarını müzakirə edir. Mənbələrin bildirdiyinə görə, Brüsseldə paralel şəkildə bir neçə ssenari üzərində iş aparılır. Müzakirə edilən variantlardan biri Qrenlandiyaya Avropa İttifaqı tərəfindən ayrılan maliyyə vəsaitinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Avropa Komissiyasının layihəsinə əsasən, uzunmüddətli büdcə çərçivəsində xərclərin iki dəfədən çox artırılması planlaşdırılır. 2028-ci ildən başlayaraq yeddi illik dövr üçün təxminən 530 milyon avro ayrılması müzakirə mövzusudur.
Avropa İttifaqı (Aİ) ABŞ-ın hərbi müdaxilə nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasından sonra müvəqqəti prezident səlahiyyətlərini üzərinə götürən Delzi Rodrigezi ölkənin qanuni lideri kimi tanımadığını bəyan edib. Avropa Komissiyasının sözçüsü Anitta Hipper bu barədə gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Venesuelada hakimiyyət seçkilər yolu ilə ötürülüb, lakin bu proses xalqın demokratik dəyişiklik tələblərini əks etdirməyib. Hipper vurğulayıb ki, Venesuelanın gələcəyi genişmiqyaslı dialoq vasitəsilə və demokratik transformasiyaya aparan yol xəritəsi əsasında müəyyənləşdirilməlidir.