Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qrenlandiya Trampın iddialarını rədd etdi

    12 Yanvar 2026 21:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qrenlandiya Trampın iddialarını rədd etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Qrenlandiya hökuməti ABŞ Prezidenti Donald Trampın açıqlamalarına cavab olaraq bəyanat yayıb və Birləşmiş Ştatların adanı istənilən formada nəzarətə götürmək niyyətini qəti şəkildə qəbul etmədiyini bildirib.

    AzerVoice-un məlumatına görə bəyanatda vurğulanır ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir və NATO-da məhz Danimarka birliyinin elementi kimi təmsil olunur. Ada rəhbərliyi qeyd edib ki, Qrenlandiyanın müdafiəsi yalnız NATO çərçivəsində həyata keçirilə bilər və bu məsələ üzrə bütün alyans ölkələrinin, o cümlədən ABŞ-ın ortaq maraqları mövcuddur.

    Qrenlandiya hakimiyyəti bildirib ki, ölkənin təhlükəsizlik siyasəti üzrə əsas tərəfdaşı Danimarkadır və hakim koalisiya müdafiə məsələlərində dialoqu NATO daxilində əməkdaşlıq formatında inkişaf etdirmək niyyətindədir. Bəyanatda Qrenlandiyanın gələcəkdə də Qərb müdafiə alyansının ayrılmaz hissəsi olaraq qalacağına əminlik ifadə olunub.

    Qrenlandiyanın mövqeyi Avropa İttifaqı tərəfindən dəstəklənib. Aİ-nin müdafiə və kosmos üzrə komissarı bildirib ki, ABŞ-ın Qrenlandiyanı hərbi yolla nəzarətə götürməsi NATO-nun faktiki sonu və transatlantik münasibətlərə ağır zərbə olardı.

    Onun sözlərinə görə, Danimarka belə bir müraciətlə çıxış edərsə, Avropa İttifaqı Qrenlandiyanın təhlükəsizliyinin təmin olunmasında kömək göstərməyə hazırdır. Bu yardım hərbi qüvvələrin və müvafiq infrastrukturun yerləşdirilməsini də əhatə edə bilər.

    Komissar vurğulayıb ki, belə bir ssenari yalnız alyans üçün deyil, eyni zamanda Qrenlandiya əhalisi üçün də son dərəcə mənfi nəticələr doğurardı.

    Daha əvvəl Donald Tramp Qrenlandiyaya sahib olmağın onun üçün “psixoloji baxımdan vacib” olduğunu bildirmişdi. O, razılaşmaların vermədiyi imkanları yalnız birbaşa nəzarətin təmin edə biləcəyini iddia etmiş, adada ABŞ-ın hərbi mövcudluğunun artırıla biləcəyini istisna etməmişdi.

    Tramp həmçinin demişdi ki, əgər ABŞ Qrenlandiyanı “ələ keçirməsə”, bunu Rusiya və ya Çin edə bilər və o, buna imkan verməyəcək.

    Bu arada Almaniyanın keçmiş vitse-kansleri Robert Habek Qrenlandiyaya Avropa İttifaqı üzvlüyünün təklif olunması ideyasını irəli sürüb. Onun fikrincə, ada ətrafında satınalma və ya hətta işğal müzakirələri fonunda Avropa öz alternativ təşəbbüsünü ortaya qoymalıdır.

    Habek mərhələli üzvlük modeli, infrastruktur yatırımları, eləcə də Qrenlandiyanın yerli mədəniyyətinin və özünüidarəetməsinin qorunmasına zəmanət verilməsini mümkün variantlar kimi qeyd edib.

    #AB #Qrenlandiya Trampın iddialarını qəti şəkildə rədd etdi #Nuuk Vaşinqtona cavab verdi: Qrenlandiya satılmır #Qrenlandiya: Müdafiə yalnız NATO çərçivəsində mümkündür #Aİ Trampın Qrenlandiya planlarına qarşı çıxdı #Qrenlandiya ətrafında yeni geosiyasi mübahisə #Grönland Trump’ın iddialarını reddetti #Grönland: ABD’nin kontrol talebi kabul edilemez #Grönland savunması NATO çerçevesinde kalmalı #Grönland konusunda Washington’a karşı çıktı #Grönland yeni bir jeopolitik tartışmanın merkezinde
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    2 Sentyabr 2026 20:28

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    Aİ İranın əsas güc strukturunu terror siyahısına salmağa hazırlaşır - Rufiz Hafizoğlu

    27 Yanvar 2026 22:16

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    9 Yanvar 2026 19:26

    Avropa İttifaqı Qrenlandiyanın təhlükəsizliyi üçün bir neçə ssenarini müzakirə edir

    8 Yanvar 2026 21:03

    Aİ Delzi Rodrigezi Venesuelanın qanuni lideri kimi tanımır - Anitta Hipper

    6 Yanvar 2026 20:34

    Fələstinlilərin Hataya köçürülməsi ilə bağlı siyasətimiz yoxdur - Türkiyə XİN

    3 May 2025 10:43

    İkili standartlar tətbiq etməyin - Fidan

    4 Aprel 2025 09:39

    ABŞ İsrailə bəzi bombaların göndərilməsini dayandırıb

    8 May 2024 11:25
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.