Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Kral Əbdüləziz Beynəlxalq Hava Limanı (KAIA) 2025-ci il ərzində 50 milyonuncu sərnişinə xidmət göstərərək tarixi rekorda imza atıb. Bu göstərici krallıqda mülki aviasiyanın yaranmasından bəri bir hava limanı üzrə qeydə alınmış ən yüksək sərnişin sayıdır.