2025-ci ildə əmək bazarında “səssiz istefa” anlayışını yeni və daha dərin bir proses - “səssiz çatlama” (quiet cracking) əvəzləməyə başlayıb. CNBC-nin yayımladığı və bulud əsaslı təlim platforması TalentLMS tərəfindən hazırlanmış son hesabatda bu tendensiya əmək bazarı üçün ciddi xəbərdarlıq kimi təqdim olunub. Hesabata əsasən, “səssiz çatlama” ilkin mərhələdə açıq performans itkisi yaratmasa da, uzunmüddətli perspektivdə həm təşkilatların səmərəliliyini, həm də institusional dayanıqlığını zəiflədir.