5 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) birgə əməkdaşlığı çərçivəsində “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda tədbir təşkil olunub. Tədbirin açılış nitqləri Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı tərəfindən səsləndirilib. Çıxışlarda kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
#Bakı Fond Birjası (BFB)
5 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2590024702 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
5 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2588024706 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
6 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində keçiriləcəkdir.
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazlara 5 dekabr 2025-ci il tarixində ticarətə icazə verilmiş, lakin emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ticarət həyata keçirilmədiyindən həmin icazənin qüvvədə olma müddəti başa çatmışdır.
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 02.02.2026-cı il tarixində başlayıb, 11.02.2026-cı il tarixinədək davam edəcəkdir.
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan AZ2013019206 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.01.2026-cı il tarixində yekunlaşmışdır.
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2584024700 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Forum Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kredit Büroları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi kapital bazarları iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaratmaq, mikromaliyyə sektorunda investisiya imkanlarını investorlar üçün təqdim etməkdir.
Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında (BFB) yerli valyutada (manat) emissiya etməyə marağı var. Bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib. “Ötən il Bakı Fond Birjası olaraq texnoloji infrastrukturumuzun tam və dərin diaqnostikasını apardıq. Ticarət sistemlərimiz vahid platforma üzərində qurulub və həmin platforma üzrə geniş yoxlamalar həyata keçirildi. Diaqnostikanın nəticələrinə əsasən sistemin harmonizasiyası və sabitliyinin artırılması məqsədilə “in-house stabilization” (daxili stabilizasiya) işləri görüldü. Paralel olaraq bir neçə stress test (yüksək yüklənmə sınaqları) aparıldı ki, platformanın böyük həcmli əməliyyatlara tam hazır olduğuna əmin olaq.