#NYC Mayor-elect Zohran Mamdani reminds immigrants of their rights against ICE

Nyu-York şəhərinin meri Zöhran Məmdəninin xanımı Rama Dovacinin gələn ay Suriya və Livana etməyi planlaşdırdığı ailəvi səfər ABŞ-ın ən böyük şəhərində ciddi siyasi və təhlükəsizlik böhranına çevrilib. Merin ofisi ilə Nyu-York Şəhər Polis İdarəsi (NYPD) arasında Dovaciyə amerikalı vergi ödəyicilərinin vəsaiti hesabına mühafizə ayrılması, eləcə də Dövlət Departamentinin səyahət xəbərdarlığında ən yüksək təhlükə səviyyəsində göstərdiyi iki ölkəyə amerikalı zabitlərin göndərilməsinin maliyyəti ilə bağlı açıq mübahisə yaranıb. Geniş ictimai müzakirələrdən sonra polis idarəsi bu tələbi qəti şəkildə rədd edib.

Nyu-Yorkun seçilmiş meri Zöhrab Mamdani federal miqrasiya agentliyinin (ICE) son reydindən sonra şəhərin immiqrantlarına “susmaq və ICE ilə əməkdaşlıq etməmək hüququna” sahib olduqlarını açıqlayıb. O, sosial şəbəkədə paylaşdığı videoda üç milyon immiqrantın təhlükəsizliyinin şəhər administrasiyası üçün prioritet olduğunu deyib.