#Həbib Nurməhəmmədov

Son illərdə qarışıq döyüş sənətləri (MMA) dünyasında bir bölgənin adı digərlərindən daha çox hallanır – Dağıstan. Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən bu respublikası əhalisinin sayına görə böyük olmasa da, yetişdirdiyi döyüşçülərin sayı və qazandığı uğurlar baxımından dünya idman tarixində xüsusi yer tutmağa başlayıb. Bu gün UFC, Bellator, PFL və digər nüfuzlu təşkilatlarda çıxış edən onlarla dağıstanlı idmançı MMA-nın ən güclü nümayəndələri hesab olunur.

Azərbaycanda ilk dəfə keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları – tanınmış döyüşçülər Həbib Nurməhəmmədov, İslam Maxaçov, Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov “Qarabağ” futbol klubunun bazasını ziyarət ediblər.