#Azərbaycan Respublikasının Gənclər Fondu

Xocalı soyqırımının 34-cü ildönümündə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “613 Justice for Khojaly” fləşmobu keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən fləş-mobda min nəfər Azərbaycan könüllüsü iştirak edib. Fləş-mobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırımı həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin bilik və yaradıcılıq potensialını gücləndirməyə xidmət edən 3 müxtəlif maarifləndirici layihə keçirilib. Tədbirlərin ilki AzMİU-nun İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev tərəfindən startup sahəsinə dair geniş təlim təqdim edilib. Təlimdə iştirakçılar biznes ideyasının formalaşdırılması, bazar araşdırması, layihəni inkişaf etdirmə prinsipləri və uğurlu startup quruculuğunun əsas mərhələləri barədə ətraflı məlumat əldə ediblər. Gənclər üçün praktik nümunələr və real təcrübələr əsasında keçirilən sessiya onların sahibkarlıq düşüncəsini gücləndirməklə yanaşı, innovativ yanaşmalar formalaşdırmağa şərait yaradıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Anım Günü və Zəfər Gününə həsr olunmuş tədbirlər həyata keçirilib. Gənclər arasında “Qəhrəmanların izi ilə” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarış gənclərin Vətən müharibəsi tariximizi daha dərindən öyrənməsinə, qəhrəmanlıq irsimizin təbliğinə və milli yaddaşın yaşadılmasına xidmət edib. Maraqlı bilik mübarizəsindən sonra qalib komanda seçilərək mükafatlandırılıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir təşkil olunub. Tədbir Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümünə həsr olunub.

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, AZTV-nin media tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunan "Zəfər andı" adlı ədəbi-bədii gecə keçirilir.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin tərafdaşlığı ilə “İdeyanı Reallaşdır” qrant müsabiqəsi çərçivəsində “Gənc İqtisadçılar” layihəsi həyata keçirilib.