#Latviya

Latviya Respublikası 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramını elan edib. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşları Latviyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər.

NATO 19 sentyabrda baş verən insidentdən sonra fövqəladə qaydada səfirlər səviyyəsində iclas keçirib. İclasda Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) məlumat verərək üç silahlı Rusiya MiG-31 qırıcı təyyarəsinin Estoniya hava məkanına daxil olduğunu və orada on dəqiqədən çox qaldığını açıqlayıb.

Bu həftə Baltik ölkələrində yerləşdirilən NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək. Uçuşlar 8-14 sentyabr tarixlərində, yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb. Aşağı sürətli uçuşlar minimum 152 metr (500 fut) hündürlükdən aşağı olmayacaq. Pilotlar həmçinin müəyyən olunmuş zonalarda, hava hərəkətinin idarə olunması üzrə mülki xidmətlə razılaşdırılmaqla səsdən sürətli uçuşlar da həyata keçirə biləcəklər. Sentyabrın 8-i və 9-da saat 19:00-dan 22:00-dək Rakvere və Kadrina bölgələrində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının iştirakı ilə hava hərəkəti dispetçerlərinin təlimləri keçiriləcək. Bu təlimlərin məqsədi dispetçerlərin mülki şəraitdə hava gəmiləri ilə qarşılıqlı fəaliyyət bacarıqlarını sınaqdan keçirməkdir.

Bir neçə gündür axtarılan kanadalı hərbçi Latviyada ölü halda tapılıb. Bununla bağlı məlumatı Kanada Silahlı Qüvvələri yayıb. Bildirilib ki, sentyabrın 2-dən bəri itkin düşmüş hərbçi Corc Holl sentyabrın 5-də ölü vəziyyətdə aşkarlanıb. Ordunun açıqlamasına görə, Hollun ölüm səbəbi və cəsədin hansı şəraitdə tapıldığı barədə hələlik məlumat verilmir. Kanada ordusu Latviya hakimiyyəti ilə birgə araşdırma aparır. Kanadanın baş naziri Mark Karni hadisədən kədərləndiyini bildirib, mərhumun ailəsinə, dostlarına və silahdaşlarına başsağlığı verib.