#Aşqabad

Bu ilin sentyabr ayında Aşqabad şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 111-ci iclası keçiriləcək. İclasda üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, 2026–2030-cu illər üzrə nəqliyyat təhlükəsizliyi strategiyası və yüksək texnologiyalı sənaye sahələrində birgə layihələr müzakirə olunacaq.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabad şəhərinin hakimi Rahim Qandımov ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı və rəqəmsal şəhərsalma sahəsində birgə imkanlar müzakirə olunub. Tərəflər süni intellekt həllərinin şəhər idarəçiliyində tətbiqi barədə fikir mübadiləsi aparıblar. Rəqəmsal transformasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş səmimi atmosferdə keçib.

Türkiyənin turizm potensialının tanıdılması məqsədilə Aşqabadda xüsusi tədbir təşkil olunub. Məlumata əsasən, hər il 15–22 aprel tarixlərini əhatə edən bu həftə turizm sahəsinin iqtisadi, sosial və mədəni əhəmiyyətini artırmaq məqsədi daşıyır. Tədbir Türkiyənin səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Turizmin Təşviqi və Tanıdılması Agentliyi tərəfindən təşkil olunub.

Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib. Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkəyə səfər edən Türkiyə Respublikasının ticarət naziri Ömər Bolatı qəbul edib. Ömər Bolat Türkmənistanın daimi neytrallıq statusunun regionda sülhün möhkəmləndirilməsində mühüm əhəmiyyətini qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında paytaxtda Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirakının iki ölkə arasında siyasi-diplomatik münasibətlərin yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini bildirib.

Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə Respublikasının ixrac məhsullarının 12-ci ixtisaslaşmış sərgisinin rəsmi açılış mərasimi keçirilib.Açılış mərasimində Türkiyənin ticarət naziri Ömər Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 10–12 fevral tarixlərini əhatə edən üçgünlük sərgi istehsalçılar, investorlar və dövlət qurumları arasında əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.

Türkmənistan ilə Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq sürətlə genişlənir və tərəflər qarşıdakı illərdə qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Diplomat qeyd edib ki, mövcud potensial nəzərə alınmaqla, yaxın gələcəkdə Türkmənistan ilə Türkiyə arasında ticarət həcmini 5 milyard ABŞ dollarına yüksəltmək mümkündür. Bu məqsədlə hər il Türkmənistanda təşkil olunan Türkiyə ixrac məhsullarının 12-ci sərgisinin 10-12 fevral tarixlərində Aşqabadda keçirilməsi planlaşdırılır.

Türkiyənin ticarət naziri Ömər Bolat 2026-cı ilin fevralında Türkmənistana səfər edəcək. Tədbirin açılış mərasiminə Ömər Bolatın rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin qatılması gözlənilir. Sərgi Türkiyədən təxminən 100 şirkət və assosiasiyanı bir araya gətirəcək və türk məhsullarının Türkmənistan bazarında tanıdılması, yeni işgüzar əlaqələrin qurulması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyacaq