Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında ötən dövrdə həssas qruplara aid 920 nəfərdən çox şəxsə xidmət göstərilib. Onlardan 700 nəfərini əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, onların ailə üzvləri, digərlərini şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrdən olan şəxslər təşkil edib.
#Birinci vitse-prezident Mehriban Əliyeva
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar. Mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Azərbaycan gənclərinin ölkənin inkişafında mühüm rol oynadığı vurğulanıb. Mehriban Əliyeva gənclərin əldə edəcəyi uğur və nailiyyətlərin xalqı daim sevindirəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan gənclərinin gələcəkdə də dövlətin tərəqqisinə layiqli töhfələr verəcəyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas kateqoriyalara aid olan, o cümlədən əlilliyi olan şəxslərə xidmətlər göstərilir.