#Süni intellekt

xAI-nin sahibi Mask, Grok 2.5-in model çəkilərinin və arxitekturasının Hugging Face platformasında ictimaiyyətə təqdim olunduğunu bildirib. Bu, istifadəçilərə modeli endirməyə, öz kompüterlərində işə salmağa və kodunu ehtiyaclarına uyğun dəyişdirməyə imkan verir. Mask həmçinin Grok 3-ün 2026-cı ilin fevralına qədər açıq mənbəli olacağını açıqlayıb. Grok 2.5, xAI-nin 2024-cü ildə buraxdığı ən son model olmasa da (Grok 4 və Grok 4 Heavy iyulda təqdim edilib), əvvəlki açıq mənbəli model Grok 1 ilə müqayisədə təkmilləşdirilmiş xüsusiyyətlərə malikdir və mühəndislik bilikləri olan istifadəçilər üçün funksional seçimdir. Modelin açıq mənbəli buraxılışı ilə bağlı Mask, süni intellektin yalnız texnologiya nəhənglərinin nəzarətində olmaması və hamı üçün əlçatan olması gərəkdiyini vurğulayıb.

Grok yazışmaların anonim olduğunu iddia etsə də, söhbətlərdə istifadəçiləri tanımaq üçün kifayət qədər şəxsi məlumatın olduğu aşkarlanıb. Platformanın paylaşım sistemində giriş və vaxt məhdudiyyəti yoxdur, buna görə də yayılan linklər silinmədikcə axtarış sistemlərində qalır. Bu vəziyyət platformaya olan etimadı ciddi şəkildə zədələyib. Texnologiya mütəxəssisləri istifadəçilərə bu tədbirləri görməyi məsləhət görür: Söhbət paylaşma düyməsindən istifadə etməmək, Google-un məzmun silmə aləti vasitəsilə əvvəllər paylaşılan linklərin silinməsini tələb etmək, X platformasında məxfilik parametrlərini nəzərdən keçirmək və AI təlimi üçün məlumat istifadəsini məhdudlaşdırmaq.

Google Translate yeni süni intellektlə işləyən yeniləmələrini təqdim edib. İstifadəçilər indi həm sürətli və praktik, həm də daha dəqiq və kontekst məlumatlı tərcümə modelləri arasında seçim edə bilərlər. Yeniləməyə həmçinin Duolingo kimi oyunlaşdırılmış dil öyrənmə funksiyası əlavə olunub. İstifadəçilər əsas, orta və yüksək səviyyələr üzrə bacarıqlarını seçə, həmçinin yemək, salamlaşma və istiqamətlər kimi tematik ssenarilərlə praktika edə bilərlər. Dinləmə və danışıq tapşırıqları fərdi səviyyəyə uyğunlaşdırılır. Android Authority-nin məlumatına görə, Sürətli AI modeli yolda sürətli tərcümələr üçün idealdır, Advanced modeli isə daha yüksək dəqiqlik və kontekst məlumatlılığı təqdim edir. Qabaqcıl rejim hazırda İngilis-İspan və İngilis-Fransız dil cütlərini dəstəkləyir.

ABŞ-ın Stanford Universitetində aparılan araşdırmalar daxili səsi deşifrə edə bilən beyin-kompüter interfeysinin (BCI) yaradıldığını göstərib. Cell jurnalında dərc olunan tədqiqatda texnologiyanın daxili nitqi 74 faizə qədər dəqiqliklə oxuya bildiyi, eyni zamanda təhlükəsizlik üçün parolla işlədiyi vurğulanır. Məlumata görə, ALS və beyin sapı insultuna görə danışa bilməyən dörd şəxsin motor korteksinə mikroelektrodlar yerləşdirilib. Süni intellektin köməyi ilə beyin siqnalları təhlil olunaraq iştirakçıların düşündükləri sözlər deşifrə edilib. “Chitty chitty bang bang” ifadəsi parol kimi istifadə edilərək sistemin yalnız istifadəçi istədiyi zaman aktivləşməsi təmin olunub.

Süni intellektli chatbot Grok-un bəzi istifadəçilərə İlon Maskı hədəf alan sui-qəsd planları və partlayıcı maddələrin hazırlanması barədə təlimatlar verdiyi iddia edilib. “The Telegraph” xəbər verir ki, sızdırılmış onlayn söhbətlərdə C4 kimi partlayıcıların hazırlanması və evdə narkotik vasitələrin hazırlanması kimi təhlükəli məzmunlar yer alıb. Hadisə OpenAI-in ChatGPT-də istifadəçilərin söhbətlərini onlayn paylaşa bilməsi funksiyasını deaktiv etməsindən qısa müddət sonra baş verib. Təxminən 100.000 söhbət onlayn paylaşılıb və bəziləri "chatbot psixozu" adlandırılan qəribə və obsesiv söhbətlərdən ibarət olub.

Grok əvvəlcə Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ), BMT ekspertlərinin, Amnesty International və B’Tselem kimi insan haqları təşkilatlarının hesabatlarına istinad edərək İsrail və ABŞ-ın Qəzzada soyqırım törətdiyini qeyd etmişdi. Bu cavab X platformasının nifrət nitqinə dair qaydalarını pozduğu üçün Grokun fəaliyyəti dayandırılmışdı. xAI-nin baş direktoru Elon Musk dayandırmanı "axmaq səhv" adlandıraraq səbəbi tam bilmədiyini bildirib.

Süni intellekt sahəsində fəaliyyət göstərən OpenAI, dəyərinin 500 milyard dollara çatması ehtimal edilən yeni səhm satışı planı ilə dünyanın ən dəyərli özəl texnologiya şirkəti olmaq yolundadır. Bloomberg-in məlumatına görə, bu səhm satışı sövdələşməsi ilkin mərhələdə olsa da, Thrive Capital da daxil olmaqla, mövcud investorlar müzakirələrə cəlb olunub. Əgər razılaşma baş tutarsa, OpenAI bu göstərici ilə hazırda 400 milyard dollar dəyərində olan İlon Maskın SpaceX şirkətini geridə qoyacaq.

Bu gün ChatGPT, Gemini, Claude və Grok kimi süni intellekt botları milyonlarla insan tərəfindən istifadə olunur. Lakin bunlar süni intellektin yalnız başlanğıcıdır. Əsl məqsəd – insan zəkanısını bütün sahələrdə üstələyəcək süni super zəka (ASI) yaratmaqdır. Texnologiya şirkətləri bunu “gələcəyin Ay səfəri” adlandırır.