#Malayziyada təhsil imkanları sərgisi Bakıda

29-30 noyabr tarixlərində paytaxtdakı “Radisson Hotel Baku”da Malayziyada təhsil imkanlarına həsr olunmuş sərgi keçirilir. Tədbir xaricdə təhsil almaq istəyən tələbələr və valideynlər üçün dünyanın ən çox seçilən təhsil istiqamətlərindən biri olan Malayziya universitetləri ilə yaxından tanış olmaq imkanı yaradıb.