Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın Sahil Təhlükəsizlik xidmətinə məxsus katerlə toqquşması nəticəsində 5 nəfər həlak olub. Bu barədə Balıkesir Valiliyi açıqlama yayıb. Bildirilib ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Sahil Təhlükəsizlik Şimal Egey Qrup Komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı bir qaçaqmalçı və 34 miqrantı daşıyan yüksək sürətli fiber gövdəli qayıq sahil mühafizə katerinə çırpılıb.