Bu gün Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.
#XİN
Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) üzvlərinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri, təəssüf ki, müxtəlif Aİ-yə üzv ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir.
İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının milli direktorluğunun əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul olunmuş qətnaməni sərt şəkildə tənqid edib.