#Tarixdə bu gün

1941-ci ilin dekabr ayının sonlarında Yapon ordusu, ayın əvvəlində azsaylı amerikalı müdafiəçilərdən ala bilmədiyi Ueyk adasındakı mövqelərini gücləndirmişdi. Yapon qüvvələrinin sayı o qədər çox idi ki, adada qalan azsaylı amerikalılar əsir götürülərək müxtəlif əsir düşərgələrinə göndərildilər. 98 nəfər isə adada saxlanılaraq məcburi əmək üçün istifadə olunurdu.

2023-cü ilin 7 oktyabr hücumlarından sonra başlayan genişmiqyaslı regional münaqişənin ikinci ildönümdə, Yaxın Şərqin simasını dəyişdirən çoxsaylı böhranların yaratdığı yeni reallıqları qiymətləndirməyə ehtiyac yaranıb. Qarşıdakı aylarda bu bölgənin hansı istiqamətdə inkişaf edəcəyi - sabitliyəmi, yoxsa daha dərin parçalanmaya doğru - sualı indi hər zamankından daha aktualdır.

14-cü Dalay Lama 1935-ci ildə Tibetdə, ölkənin şimal-şərqindəki kiçik bir kənddə Tenzin Gyatso adı ilə dünyaya gəlib. O, üç yaşında olarkən Tibet rahibləri onu ziyarət etmiş və mərhum 13-cü Dalay Lamanın yenidən doğulmuş bədəni (reenkarnasiyası) olduğunu elan etmişdilər. Rahiblər bu qərara işarələr, yuxular və dini əlamətlər əsasında gəlmişdilər. Beş yaşında Tenzin Gyatso Tibet paytaxtı Lhasaya aparıldı və Tibet Buddizminin ali lideri kimi taxta çıxarıldı.

Türkiyənin demokratiya tarixinə qara ləkə kimi düşən 12 sentyabr 1980-ci il hərbi çevrilişindən 45 il ötür. General Kenan Evrenin rəhbərlik etdiyi xunta idarəni ələ alaraq Konstitusiyanı ləğv etdi.12 sentyabr 1980-ci il səhəri Silahlı Qüvvələr “Bayraq Hərəkatı” kod adı altında hakimiyyətə əl qoydu və Milli Təhlükəsizlik Şurası adı altında ölkəni idarə etməyə başladı.

1897-ci il sentyabrın 10-da Londonda 25 yaşlı taksi sürücüsü Corc Smit sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edilən ilk şəxs oldu. Smit idarə etdiyi taksini binaya çırpdı və saxlanıldıqdan sonra günahını etiraf edərək 25 şillinq cərimə ödəməklə cəzalandırıl dı. Amerika Birləşmiş Ştatlarında isə sərxoş vəziyyətdə avtomobil idarə etməyə qarşı ilk qanunlar 1910-cu ildə Nyu-York ştatında qüvvəyə mindi.