#Macarıstan

6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Bildirilib ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.

Türk müdafiə sənayesinin uğurlu məhsullarından olan Ejder Yalçın 4x4 taktiki zirehli maşını, NATO çərçivəsində Macarıstanda keçirilən Adaptive Hussars 2025 (ADHU 25) hərbi təlimində sahəyə çıxarıldı. Macarıstan Silahlı Qüvvələrinin ev sahibliyi etdiyi və ölkə tarixinin ən böyük hərbi təlimlərindən biri hesab edilən tədbirdə 22 minə yaxın hərbi personal iştirak edib.

"Energetika sahəsində Türkmənistanı etibarlı tərəfdaş kimi görürük. Macarıstan müxtəlif ölkələrdən qaz idxal edir və ümid edirik ki, yaxın vaxtlarda Türkmənistan Avropaya, xüsusilə də ölkəmizə qaz ixracçısına çevriləcək"- deyə Aşqabadda keçirilən İqtisadi əməkdaşlıq üzrə Türkmənistan–Macarıstan hökumətlərarası komissiyasının altıncı iclasında çıxış edən Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Şərq əlaqələrinin inkişafı üzrə dövlət katibinin müavini Adam Ştifter bildirib.

24 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qəragahında təşkilatın prezidenti Aktotı Raimkulova ilə Macarıstanın Mədəniyyət və İnnovasiya naziri cənab Balázs Hankó arasında görüş baş tutub. Görüşdə Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tamás Torma və macar nümayəndə heyəti də iştirak edib.

Komissiyanın açıqlamasına görə, Macarıstan iqtisadi inkişaf və rəqəmsal proqramlardan ayrılmış 545 milyon avronu yeni STEP prioritetlərinə yönləndirmək üçün müraciət edib. Ancaq Brüssel bildirib ki, ölkə “Əsas Hüquqlar Xartiyası üzrə Yatay Şərt”i yerinə yetirmədiyi üçün vəsait dərhal ödənilməyəcək.

Azərbaycan ilə Macarıstan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki ölkənin mədəni əməkdaşlığı da ildən-ilə genişlənməkdədir. Sentyabrın 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı” imzalanıb.

Sentyabrın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib. Qonağı səmimi salamlayan nazir Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşir.