Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Bakıda səfərdə olan Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno ilə görüşüb.
#İƏT Mədəniyyət Festivalı
Dekabrın 8-də Bakı Konqres Mərkəzində rəsmi açılışı keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” panel müzakirələrlə işini davam etdirib. "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusuna həsr olunan növbəti panel Mədəniyyət Nazirliyi Xarici əlaqələr sektorunun müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə gerçəkləşib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək. İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.