#İran-Pakistan əlaqələri

Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-ın ismarışını çatdırmaq və iki ölkə arasında danışıqların ikinci raundunu planlaşdırmaq məqsədilə İrana yola düşdüyü bildirilib. İranın "Mehr" xəbər agentliyinin məlumatına görə Pakistanın yüksək rütbəli hərbi heyəti artıq İslamabaddan Tehrana hərəkət edib.

İran və Pakistanın yüksək səviyyəli rəsmiləri İslamabadda keçirilən görüşdə Fələstin xalqına dəstək məqsədilə birgə və koordinasiyalı fəaliyyətin vacibliyini qeyd ediblər. İranın Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani və Pakistan Xarici İşlər naziri Məhəmməd İshaq Dar arasında keçirilən görüşdə son regional inkişaflar və İslam ölkələrinin ortaq çağırışlarla mübarizədə birgə addımlar atmasının zəruriliyi müzakirə olunub.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanı bazar ertəsi, 24 noyabr tarixində “dost və qardaş” Pakistan ölkəsinə rəsmi səfər edəcək. Bu barədə o, X sosial şəbəkəsində paylaşım edib. Laricanı bildirib ki, İran xalqı heç vaxt Pakistan xalqının İrana dəstəyini unutmur. O, xüsusilə İsrail rejimi və ABŞ-ın iyun ayında İrana qarşı tətbiq etdiyi 12 günlük işğalçı müharibə zamanı Pakistanın göstərdiyi dəstəyi xatırladıb.