#sosial təminat və pensiya islahatları

Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 mln. manat və ya 10 faiz çox olmaqla 5 mlrd. 920 mln. manat vəsait yönəldilib. Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.