Livanın Təhsil və Ali Təhsil Nazirliyi ölkədəki mövcud hərbi vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb. Açıqlamada bildirilir ki, can təhlükəsizliyi və fövqəladə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, ölkə daxilindəki bütün özəl və dövlət məktəblərində, həmçinin peşə və texniki təhsil müəssisələrində təhsil müvəqqəti olaraq dayandırılıb. Nazirlik hadisələrin gedişatını anbaan izlədiyini və qərarların gündəlik təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq yenilənəcəyini vurğulayıb.
#İsrailin sərhəd pozuntusu BMT-də gündəmdə: Livan ordusu reaksiya verdi
Livan ordusunun komandanı general Rudolf Heykelin ABŞ-a planlaşdırılan səfərini təxirə salması ölkədə geniş siyasi müzakirələrə səbəb olub. Bu qərar generalın Konqres və Senat üzvləri ilə nəzərdə tutulmuş görüşlərinin rəsmi şəkildə və izahsız ləğvi barədə məlumatlandırılmasından sonra verilib. ABŞ tərəfi Heykeli silahın yalnız dövlətin əlində cəmlənməsi prinsipinin tətbiqinə ləng yanaşmaqda və “Hizbullah”ın cənub bölgəsində silahlanmasına qarşı kifayət qədər sərt addımlar atmamaqda ittiham edir.