ABŞ kəşfiyyat dairələrində hazırlanan yeni hesabatlar İranın daxili siyasi balansı və ali rəhbərliyin qərarvermə mexanizmi ilə bağlı diqqətçəkən iddiaları gündəmə gətirib. Eyni zamanda, İranın ali dini liderinin oğlu Müctəba Xameneinin niyə uzun müddətdir ictimaiyyət qarşısına çıxmadığı ilə bağlı yeni açıqlamalar verilib.
#ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Con Kiriyaqu iddia edib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hücum qərarı İsrailin təzyiqi ilə əlaqəlidir. Onun sözlərinə görə, İsrail Vaşinqtona “İranı vurmasanız, nüvə silahından istifadə edəcəyik” mesajı göndərib və Tramp bu addımı qlobal müharibənin qarşısını almaq üçün atdığını deyib.