#Səudiyyə Ərəbistanı Vision 2030

Səudiyyə Ərəbistanı Krallığı özünün “Baxış 2030” (Vision 2030) strategiyası çərçivəsində iqtisadiyyatın rəqəmsallaşdırılması və texnoloji innovasiyaların mərkəzinə çevrilməsi istiqamətində fəaliyyətini sürətləndirir. Son məlumatlara görə, Krallıq süni intellekt və kosmik tədqiqatlar sahəsində həm regional, həm də qlobal səviyyədə aparıcı oyunçulardan birinə çevrilmək üçün nəhəng investisiyalar yatırır.

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu münasibətlərin formalaşması son on ildə regional və qlobal dəyişikliklərin fonunda baş verib və Riyad–Vaşinqton xəttində qarşılıqlı maraqlara əsaslanan yeni bir siyasi-iqtisadi modelin meydana çıxmasına səbəb olub.