Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirilib.
#Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
bp böyük məmnuniyyətlə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq və tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə keçirilən “Neft bumu hamıya gülümsəyir” adlı mədəniyyət festivalına sponsorluq edir. Həm Azərbaycan, həm də dünya ədəbiyyatının, eləcə də teatr və kino sənətinin ən nüfuzlu simalarından biri kimi tanınan, 30-dan çox filmin yaradılmasında iştirak etmiş Maqsud İbrahimbəyovun əsərləri 36 dilə tərcümə edilib. Onun yaradıcılığı - xüsusən də neft bumunun sosial-bəşəri dəyərlərə təsirini əks etdirən əsərləri uzun illərdir müxtəlif nəsillərin mədəni və ictimai düşüncəsinin formalaşmasına təsir göstərir. Bu isə festivalın mövzusunu daha da aktuallaşdırır.
Heydər Əliyev Fondunun dəstəyi, bp şirkətinin sponsorluğu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində yanvarın 17-də Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub. Sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş “Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub.