Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Adana İncirlik bazasında keçirdiyi həftəlik mətbuat konfransında regiondakı gərginliklə bağlı mühüm açıqlamalar verib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk Türkiyənin hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən əlavə tədbirləri diqqətə çatdırıb.
#Adana
Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyat strukturları ilə əlaqədə şübhəli bilinən casus şəbəkəsi ifşa edilib. İstintaq materiallarına əsasən, saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olduqları müəyyən edilib. Onların Türkiyə ərazisində yerləşən hərbi obyektlər, strateji əhəmiyyətli bölgələr, eləcə də ölkə hüdudlarından kənarda yerləşən kritik nöqtələr barədə məlumat topladıqları və bu informasiyaları İran kəşfiyyatına ötürdükləri aşkar olunub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.
FETÖ/PDY terror təşkilatının qadın strukturlarına qarşı keçirilən əməliyyat çərçivəsində Eskişehir mərkəzli olmaqla Adana, Balıkesir, Edirne və İzmir vilayətlərində eyni vaxtda aparılan tədbirlərdə 16 şübhəli saxlanılıb.