#turizm sənayesi

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.