Bu ilin yanvar ayında Türkiyə limanlarından 1 milyon 258 min 531 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 485 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 203 min 46 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq 2 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər.