Niderlandın xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp İsrailə qarşı əlavə tədbirlərin tətbiqi məsələsində hökumət daxilində konsensusun olmaması səbəbindən istefa verib. “Mən başa düşdüm ki, hər hansı əhəmiyyətli əlavə tədbirlər görə bilməyəcəyəm” – deyə, Veldkamp bildirib.
#sanksiya
Nazirliyin sözçüsünün sözlərinə görə, Əraqçi ilə E3 nümayəndələri arasında baş tutacaq danışıqlarda həm sanksiyaların aradan qaldırılması, həm də beynəlxalq tərəflərin İranın nüvə obyektlərinə qarşı “cinayətkar hücumlara” cavab verməsinin vacibliyi gündəmdə olacaq.
ABŞ Dövlət Departamenti açıqlamasında Çində yerləşən iki xam neft və neft məhsulları terminal operatorunu “milyonlarla barrel” İran xam neftinin ABŞ-ın təyin etdiyi tankerlərə idxalına şərait yaratmaqda günahlandırıb. Bu, Çində operatorlara qarşı sanksiyaların dördüncü mərhələsidir. Bundan əlavə, Yunanıstan vətəndaşı Antonios Marqaritis və onun şirkətləri, eləcə də İran donanmasına aid təxminən onlarla gəmi “İran neftini nəql etmək üçün dəniz sektorunda vəzifəsindən istifadə etmək” iddiası ilə sanksiya siyahısına daxil edilib.
ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirərək ora 1 fiziki şəxs, 13 şirkət və 8 neft tankerini daxil edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sanksiyalar Yunanıstan vətəndaşı Antonios Marqaritisa da şamil olunub. Onun uzun illər ərzində İran nefti və neft məhsullarının tədarükünə yardım etdiyi iddia olunur. Siyahıya həmçinin Çində, Birləşmiş Ərəb Əmirliklərində və Marşall adalarında fəaliyyət göstərən şirkətlər, eləcə də Panama, Kuk adaları, Honkonq, Qambiya, San-Tome və Prinsipi, Antiqa və Barbuda bayrağı altında üzən tanker gəmiləri daxil edilib.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini avqustun 28–dən 30-dək Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə müzakirə edəcəklər. Bu barədə Aİ-nin ali nümayəndəsi Kaya Kallas fövqəladə onlayn sammitdən sonra “X” sosial şəbəkəsində məlumat yayıb.
Rusiya şirkətlərinin Çin tərəfdaşlarından borcların geri alınmasında çətinliklər yaşanır, məsələlər getdikcə daha çox məhkəmələrdə və kollektorların iştirakı ilə həll olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısında ümumilikdə 39 fiziki şəxs və 55 şirkət var. Onların arasında 43-ü Rusiya, 10-u Çin, 2-si isə Belarus mənşəlidir. Siyahıya daxil edilən rus şirkətləri arasında “Energiya”, Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi, habelə “Neyrolab” Süni İntellekt Texnologiyaları Mərkəzi da yer alır.
Avropanın “istəklilər koalisiyası” Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb. Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi tərəfindən, görüşün həmsədrləri adından yayılan bəyanata Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers də qoşulub.
ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə olunması üçün səylər göstərəcək. Bu barədə Fransa prezidenti Emmanuel Makron, Avropa liderləri və Trampın iştirakı ilə keçirilən onlayn görüşdən sonra açıqlama verib.
Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəs əldə olunacağı halda Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılması imkanını nəzərdən keçirir, lakin buna qədər bütün məhdudiyyətlər qüvvədə qalacaq.
Böyük Britaniya hakimiyyəti İsrailin Qəzza zolağını tamamilə işğal etməsi halında yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.