#Hakan Fidan

Fidan, Kipr türk xalqının böyük fədakarlıqlar və çətin mübarizələr nəticəsində qurduğu KKTC-nin ildönümünü təbrik edib və Kipr məsələsinin ada reallıqları əsasında ədalətli, davamlı və uzunmüddətli həllinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Kiprdə həll yolu adada iki dövlətin yanaşı şəkildə mövcudluğundan keçir. Bu prosesin irəliləməsi üçün Kipr türklərinin suveren bərabərlik və bərabər beynəlxalq status kimi əsas hüquqlarının tanınması zəruridir.

İran Xarici İşlər Naziri Abbas Əraqçi və Hakan Fidan ikitərəfli münasibətləri və regional inkişafları müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Əraqçi Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılması üçün aparılan səyləri yüksək qiymətləndirib və İslam Respublikası İranın bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. O, həmçinin hərbi təyyarə qəzasında həyatını itirən türk vətəndaşlarının ailələrinə başsağlığı verib.

Misirin xarici işlər naziri Bədr Əbdüləti sabah Türkiyəyə səfər edəcək. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və sabah Türkiyəyə səfər edəcək Misir Xarici İşlər Naziri Əbdülati həmsədrlik edəcəkləri Türkiyə–Misir Ümumi Planlaşdırma Qrupu (OPG) Birinci Toplantısı təşkil olunacaq. Müvafiq qurumlardan məsul şəxslərin də iştirak edəcəyi toplantıda 2026-cı ildə iki ölkə prezidentlərinin həmsədrliklərində Qahirədə keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSŞ) İkinci Toplantısı üçün hazırlıqlar müzakirə olunacaq.

ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olması üçün tədbirləri dəstəklədiklərini bir daha təsdiqləyiblər. Dövlət Departamentindən bildirilib ki, bundan əlavə, tərəflər Ukrayna münaqişəsinə də toxunublar. Rubio ABŞ prezidenti Donald Trampın bütün NATO müttəfiqlərinə "Ukraynada davam edən münaqişəyə son qoymaq üçün Rusiya enerjisini almağı dayandırmaq" çağırışını xatırladıb.

Rumıniya Xarici İşlər Naziri Oana Toiu sabah Ankaraya ilk rəsmi səfərini edəcək. Görüş zamanı Türkiyə və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq. Nazir Hakan Fidanın iki ölkə arasında insan əlaqələrinin, xüsusilə Rumıniyada yaşayan türk və tatar icmalarının rolu barədə fikirlərini bölüşəcəyi gözlənilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Finlandiyaya səfəri çərçivəsində Finlandiya Parlamentində keçirilən tədbirdə çıxış edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım yayıb. Bildirilib ki, Fidan paytaxt Helsinkidə parlament üzvləri və rəsmi şəxslərlə görüş zamanı aktual regional məsələlər, ikitərəfli münasibətlər və beynəlxalq əməkdaşlıq mövzularında fikirlərini bölüşüb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Finlandiyada keçirdiyi rəsmi görüşlərdən sonra həmkarı Elina Valtonen ilə birgə mətbuat konfransı keçirib. Fidan bildirib ki, Qəzzaya humanitar yardımların girişi hələ də kifayət qədər deyil və bu istiqamətdə tədbirlərin daha səmərəli hala gətirilməsi üçün işlər davam edir. Nazir əlavə edib ki, Türkiyə atəşkəsin qorunması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 4–5 noyabr tarixlərində Finlandiyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində o, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və parlament sədri Yussi Halla-Aho ilə görüşəcək. Diplomatik mənbələrdən bildirilib ki, Hakan Fidan bu ilin may ayında Antalyada keçirilən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Finlandiya xarici işlər nazirini Türkiyədə qəbul etmişdi.

ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya, Türkiyə ilə İraq arasında su idarəçiliyi və su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün əldə edilən razılığı məmnunluqla qarşıladıqlarını bildirib. Savaya ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edib. “İraq ilə Türkiyə arasında davam edən su idarəçiliyi problemlərinin həllinə yönəlmiş razılığı yüksək qiymətləndirir və İraq hökumətini bu addımına görə təbrik edirəm.” - deyə paylaşımda qeyd edilir.