İngiltərə Futbol Federasiyası (FA) Avropa Çempionatı və Dünya Kuboku seçmə mərhələlərinin “çox proqnozlaşdırıla bilən” hala gəldiyini bildirərək, turnir formatının tamamilə yenilənməsinin vacib olduğunu açıqlayıb. FA-nın CEO-su Mark Bullingham, Euro 2028 logosu və oyun cədvəlini təqdim etdiyi tədbirdə çıxışında mövcud seçmə sistemi xüsusilə böyük ölkələr üçün çox asan olduğunu, bunun isə beynəlxalq futboldakı rəqabəti azaltdığını deyib.