2025-ci ildə DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib. 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.
#ƏƏSMN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına əhaliyə müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əvvəlki ilə nisbətən 173 mln. manat çox olmaqla 2 mlrd. 376 mln. manat ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev yanvarın 16-da Göygöl rayonunda sakinləri qəbul edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci ildə həyata keçirdiyi sosial müdafiə tədbirlərinin nəticələri və 2026-cı il üzrə hədəflərinə dair mətbuat konfransı keçirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib. Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfinin reallaşdırıldığını vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2025-ci ildə proqnozla müqayisədə 6 faiz və ya 471 mln. manat çox olmaqla 8 mlrd. 89 mln. manat təşkil edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Vasif oğlu Abbasov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsizliyə son qoymaqla bərabər, kiçik ailə biznesinə yiyələnmək imkanı yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-Sosial portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsaslı “iDost” rəqəmsal köməkçi xidməti istifadəyə verilib. Platformanın əsas səhifəsində yerləşən “iDost” bölməsi vasitəsilə vətəndaşlar saytın menyusunda axtarış aparmadan, sadəcə istəklərini yazmaqla müvafiq elektron xidmətlərə birbaşa keçid edə və ya həmin xidmətlər barədə ətraflı məlumatlana bilirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə layihəsi olaraq “Sosial işin idarə olunması” elektron sistemin ilkin versiyası istifadəyə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.