Azərbaycan milli futbol komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiya yığması ilə üz-üzə gələcək. Görüş 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək. Millimiz bu qarşılaşmaya əvvəlki oyundakı məğlubiyyətdən sonra çıxır. Komandamız son matçında Ukrayna ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Baş məşqçi bu dəfəki görüşdə səhvləri təkrarlamamaq və azarkeşlərə qələbə sevinci yaşatmaq məqsədində olduqlarını bildirib.