Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu – AZHAB Forum 2025 keçirilir. Ötən ildən sonra ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes Forumu, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, həmçinin “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə təşkil olunur.
#MÜSİAD Azərbaycan
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) rəhbəri Radil Fətullayev Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqovla görüş keçirmişdir. Görüş zamanı Əminağa Sadıqov universitetin fəaliyyəti, təhsil və elmi sahələrdə həyata keçirilən layihələr, həmçinin gələcəkdə reallaşdırılması nəzərdə tutulan proqramlar barədə ətraflı məlumat vermişdir.
Türkiyə Maarif Vəqfinin Azərbaycana yeni təyin olunmuş təmsilçisi Tabip Gülbay, Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik şöbəsinin direktoru Mevlut Altıntop və müəllim heyəti MÜSİAD Azərbaycan ofisini ziyarət ediblər. Görüş zamanı Azərbaycanda fəaliyyətə başladığı ilk gündən qurulan səmərəli əməkdaşlıqlar və həyata keçirilən layihələr müzakirə olunub. Həmçinin, tərəflər gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək üçün yol xəritəsi hazırlayıblar.
MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III Bir və Bərabər adlı netvörkinq görüşü baş tutub.
ABŞ-a səfərləri çərçivəsində Müstakil Sanayici ve İşadamları Derneği (MÜSİAD) prezidenti Burhan Özdemir və nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla Nyu-Yorkda görüşüblər. Görüş zamanı Azərbaycan və Türk Dövlətlər Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadilələri aparılıb. 1990-cı ildə təsis edilən və 85 ölkədə 60 min şirkəti birləşdirən MÜSİAD, güclü iqtisadi əlaqələrin və yeni sərmayə imkanlarının inkişafına xidmət edən qlobal platforma olaraq fəaliyyət göstərir.
ABŞ-da keçirilən tədbirdə çıxış edən Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, ABŞ-ı Türkiyənin həm mühüm ticarət tərəfdaşı, həm də strateji müttəfiqi kimi dəyərləndirib. Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün bölgə və dünya üçün faydalı olacağına ümid etdiyini bildirib.
Görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələrdən bəhs edərək tələbələrin təhsilə əlçatanlığının artdığını vurğulayıb. O, həmçinin təhsil və əmək bazarı arasında mövcud boşluqların aradan qaldırılması üçün qısa müddətli ixtisasartırma və peşə kurslarının əhəmiyyətini qeyd edib.
Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib. Görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar, MÜSİAD Azərbaycan üzvü və Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı, həmçinin Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak ediblər.
MÜSİAD idarə heyətinin sədri Rəşad Cabirlinin atası Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin sabiq Müdiri Cabir Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məmmədov Cabir İsrafil oğlu 1950-ci il iyunun 12 də anadan olub. 1966-cı ildə orta məktəbi medalla bitirib və daha sonra ildə Azərbaycan Tibb İnstitutuna qəbul olub və 1972-ci ildə eyni institutun Müalicə-Profilaktika fakültəsini bitirib.
MÜSİAD Mersin Şöbəsinin sədri Mehmet Sait Kaya başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə MÜSİAD Azərbaycan Dərnəyinin Baş Qərargahında təşkil olunan görüşdə iştirak edib. Onları MÜSİAD Azərbaycan rəhbəri Reşad Cabirli və idarə heyətinin üzvləri qarşılayıb. Görüş zamanı Azərbaycan və Türkiyə iş adamları təqdimatlarla çıxış edərək birgə investisiya sahələrini, strateji layihələri və əməkdaşlıq modellərini müzakirə ediblər.
Azərbaycanda səfərdə olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Mersin şöbəsinin sədri Mehmet Sait Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi və institusional görüşlər keçirib.
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) nəqliyyat, enerji, ticarət və ətraf mühit sahələrində əməkdaşlıq üçün effektiv platforma rolunu oynayır.