#Fatih Sultan Mehmet

Bu gün Osmanlı tarixi ilə maraqlanan insanlara ən çox sevdikləri sultanın adını soruşduqda əksəriyyətin ilk olaraq Fateh Sultan Mehmedin adını çəkməsi təəccüblü deyil. İstanbulun fəthi ilə tarixə düşən hökmdar həm mühafizəkar, həm də dünyəvi düşüncəli çevrələrdə ən çox rəğbət bəslənən Osmanlı hökmdarlarından biri hesab olunur.

Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Türkiyənin yeni uğurlara və zəfərlərə doğru irəliləyəcəyini bildirib. İstanbulda yerləşən Haliç Konqres Mərkəzində təşkil olunan “İstanbulun fəthindən könüllərin fəthinə” adlı proqramda çıxış edən Türkiyə Prezidenti qeyd edib ki, İstanbulun fəthi yalnız hərbi qələbə deyil, həm də böyük sivilizasiya dönüşü olub.

Tarixi araşdırmalar göstərir ki, Sultan II Mehmet (Fatih) Osmanlı tarixinin ən böyük sərkərdələrindən biri hesab olunsa da, onun qazandığı zəfərlər asan əldə edilməyib. Fatih sadəcə zəif və kiçik hökmdarlarla deyil, Balkanlar və Cənub-Şərqi Avropanın ən güclü liderləri ilə mübarizə aparıb.